Bu barədə bu barədə Rusdiya Səhiyyə Nazirliyi məlumat yayıb. Rusiyanın baş terapevti Alekssandr Çuçalin bildirib ki, hazırda ölkədə sətəlcəm və vərəm xəstəliyi ilə müraciət edənlərin sayı durmadan artır. Onun sözlərinə görə, xəstəlik hava tempraturunun birdən aşağı enməsi səbəbindən yayılır.
Bu ölkədə virusun yayılması ilə əlaqədar Azərbaycanda da təhlükə var. Bu barədə tibbi ekspertlər həyəcan təbili çalırlar. Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.Az-a açıqlamasında bildirib ki, Rusiyada yayılan vərəm virusu müasir dərmanlara davamlıdır və onun Azərbaycana keçməsi təhlükəsi var.
“Rusiyadan Azərbaycana böyük bir axın var. Azərbaycanlıların çoxu Rusiyada yaşayır. Bu səbəbdən də, mütəmadi olaraq ora gediş-gəliş var. Bu zaman infeksiya daşıyıcısı çox olur. Bu gün dünyada vərəmin tolerant forması var. Yəni virusun müasir dərmanlara davamlı formasıdır. Bu virus Rusiya həbsxanalarından başlanğıc götürülüb. Güman edilir ki, burada uzunmüddətli yarımçıq dərmanlarla müalicədə həmin mikroblar dərmana həssaslığını itirib və yeni bir xassə yaranıb. Bu formalı viruslar Rusyadan Azərbaycana gəlib”, – deyə Adil Qeybulla bildirib.
Ekspert deyir ki, Rusiya-Azərbaycan sərhəddində nəzarəti gücləndirmək lazımdır:
“Rusiya ilə sərhəd zonasında karantin tədbirlərini gücləndirmək lazımdır. Düzdür infeksiya sərhəd tanımır. Amma tədbirlər görməklə virusun qarşısını almaq olar”.
Deyilənləri nəzərə alaraq, hazırda Rusiyadan Azərbaycana vərəm virusunun keçmə təhlükəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin baş epidemioloqu İbadulla Ağayev sayta açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi bu sahə üzrə işləyir.
“Təkcə Rusiyadan yox, Afrika ölkəsindən də xəstə insan Bakıya gələrsə, bizi virusa yoluxdura bilər. Bəli Rusiyada ilin bu vaxtı Moskvada 30 dərəcə şaxta olmurdu. İndi tempratur qəflətən düşüb. İnsanlar da bununla üzləşiblər. Bu təbii haldır. Allahın qoyduğu qanundur. Səhiyyə Nazirliyi bu sahə üzrə işləyir. Qabaqlayıcı tədbirlər aparılır. Əhali arasında bu problemlə bağlı hansısa şübhə yaranarsa, xəstələnərsə, müraciət etsinlər. Əhalidə xof yaratmaq lazım deyil”.