Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən proses təxirə salınıb. Prosesdə A. Çovdarovun vəkilləri iştirak etmədiyi üçün günün ikinci yarısınadək fasilə elan edilib.
Bu gün keçiriləcək iclasda zərərçəkmiş şəxs qismində Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir.