Alimlər elm dünyasını sarsıtdı: “Quşlar dinozavrlar nəslindəndir”

0
4

ABŞ alimləri bütün dünya elmini silkələyəcək yeni iddia irəli sürüb. Onların fikrincə, 60 milyon il bundan əvvəl məhv olan dinozavrlar əslində, bu gün ən çox yayılan canlı növlərindən biridir. Çünki onlar quşları da dinozavrların kiçik nümayəndələri adlandırıblar. Lakin dinozavrları isə sürünənlər və quşlar siniflərinə ayırıblar. Araşdırmada quşlar sinfinə aid olan dinozvrların bu gün də yaşadığı əsaslandırılıb.

ABŞ-ın “ Elmlər Akademiyası protokolları” jurnalında nəşr olunan tədqiqatda alimlər uzun müddət  kürt yatma müddətinin dinozavr növünün nəslinin tükənməsinə gətirib çıxardığını iddia ediblər. Onların sözlərinə görə, quşları 60 milyon il bundan əvvəlki yoxolmadan qoruyan əsas səbəb cücələrinin yumurtadan tez çıxmaları olub. Bu quşların daha çox yayılmasına və növün xilasına səbəb olub. Sürünənlərə aid olan dinozarların isə nəsli tamamilə kəsilib.
Moderator.az həmin jurnala istinadən adıçəkilən məqalənin özəyini təşkil edən cümləni təqdim edir:
“Quşlar yaşayan dinozavrlar olduğu üçün quşcuğazların yumurtadan qısa müddətdə çıxma prosesi bütün dinozavr növünün yaşamasına səbəb oldu”.