“Marja” xəbər verir ki, Fed-in faizi artırmaqda davam edəcəyini bildirən Lacker, “Daha çox maliyyə xərcləri, daha yüksək faiz nisbətləri mənasına gəlir”- ifadəsini istifadə edib. Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni prezidenti Donald Trump-ın maliyyə siyasətinə investisiyaları artırmaq və vergi təşviqləri daxildir.
Bazarların faiz artırımı gözləntilərinin aşağı olduğunu bildirən Lacker, bunları qeyd edib:
Mənim fikrimcə, Fed faizləri bazarların gözlədiyindən daha tez-tez artırmaq məcburiyyətində qalacaq. Çünki əks halda inflyasiya çox yüksələ bilər”.
Lacker bundan başqa, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz ətrafında böyüyəcəyini və inflyasiyanın 2%-ə çatacağı proqnozunu verib.
Richmond Fed sədri Cefri Laker, Fedin “şahin” üzvləri arasında yer alır. Lackerın bu il Federal Açıq Bazar Komitəsində səsvermə hüququ yoxdur.