4 il əvvəl itkin düşən qadını qardaşı öldürübmüş- DİN məlumat yaydı

0
4

Lənkəranda 4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2012-ci il iyunun 17-də Lənkəran sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və meyitin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Meyitin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.