Əliyar Səfərli vəfat etdi

0
4

Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib. “Report” xəbər verir ki, o, 80 yaşında ürək xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.