Nostradamusun 2017-ci il üçün proqnozları:“Bu fakt müharibəyə səbəb olacaq”

0
4

1503-cü ildə Fransanın kiçik bir vilayətində dünyaya gələn Mişel Nostradamus  arvadı  və övladının qəfil ölümündən sonra böyük sarsıntı keçirir. Bundan sonra hamıdan uzaqlaşaraq Belçikada bir monastra sığınır və dünyanın gələcək taleyi haqqında proqnozlar yazır.

Moderator.az  XVI əsr kahinin 2017 və ondan sonrakı illər barəsində səsləndirdiyi bəzi proqnozlarını təqdim edir. Lakin xüsusi olaraq, bir qeydi vurğulamaq yerinə düşər: burada Nostradamus konkret olaraq, 2017-ci üçün yox, dünyanın gələcəyi haqqında proqnozlar irəli sürüb. Sadəcə, onun araşdırıcıları və yazdığı şifrəli dili çözənlər həmin proqnozları dövrün ictimai-siyasi mənzərəsini nəzərə alaraq, tarixlərinə görə sıralayırlar. Hitlerin intiarından tutmuş, 2001-ci il 11 sentyabr hadisələrinə qədərki proqnozlar da o cür nizamlanmışdı. Nostradamus araşdırmaçılarının əsasən 2017 və ondan sonrakı yaxın illər üçün səsləndirdiyi proqnozlar aşağıdakılardı:
1.Dünyanın gələcək supergücünə çevriləcək Çin beynəlxalq iqtisadiyyatı nizamlamaq uğrunda cəhdlər edəcək və bunun az da olsa, faydası olacaq;
2.Tükənən sərvətlər və ekoloji böhran, kütləvi istiləşmə savaşlara yol aça bilər;
3.Dünyanın hazırkı supergücü olan ABŞ hadisələrdən kənarda qalacaq. Beynəlxalq məsələlər ABŞ-ı hərzamankı kimi maraqlandırmayacaq.Bunun da bəzi səbəbləri var: ABŞ öz daxili ilə məşğul olmağa məcbur qalacaq;
4.Dünyada Günəş enerjisindən istifadə halları artacaq. Bu bəzi ölkələrə çox böyük fayda versə də, gələcək müharibənin əsas qaynağı olacaq.