“Həmkarlar İttifaqına və ezamiyyətlərə ayrılan pul vəsaiti xüsusi seçilmiş adamların cibinə axır”

0
2

“Həmkarlar İttifaqına və ezamiyyətlərə ayrılan pul vəsaiti xüsusi seçilmiş adamların cibinə axır”

“Millətim”in poçtuna ölkə vətəndaşları tərəfindən tez-tez müxtəlif mövzularda şikayət məktubları daxil olur. Bu məktubları mümkün qədər aidiyyatı orqanların nəzərinə çatdırmağa həmişə çalışmışıq. Bu günlərdə poçtumuza növbəti şikayət ərizəsi daxil olub. Laçın rayonundan məcburi köçkün düşmüş Axundov Xalid Umbay oğlu və Qasımov Ələsgər Əhliman oğlu tərəfindən “Millətim”ə ünvanlanan məktubda Laçın rayon Mədəniyyət və Turizm Şöbəsini baş müsahibi İsmayılov Şakir və Uşaq Musiqi Məktəbinin direktoru Quliyev Səfərin dövlət vəsaitini necə talan etdikləri barədə iddiaların yer aldığı şikayət məktubunu aidiyyatı qurumların və xahiş olunduğu kimi cənab Prezidentin nəzərinə çatdırırıq. Məktubda iddia edilənlərin düzgün araşdırılacağına və lazımi şəxslərin cəzalandırılacağına inanırıq.

Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev cənablarına

Laçın rayonundan məcburi köçkün
düşmüş hazırda Ağcabədi rayon Taxtakörpü 552 saylı
qəsəbədə məskunlaşmış YAP-ın üzvü Axundov Xalid Umbay oğlu və Laçın rayon Kalafalıq kənd sakini
Qasımov Ələsgər Əhliman oğlu tərəfindən.
Ə R İ Z Ə
Hörmətli cənab Prezident!
Biz Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi İsmayilov Şakir və Şamkənd kənd Uşaq Musiqi Məktəbinin direktoru Quluyev Səfərin əlbir olaraq dövlət vəsaitini mənimsədiyini, korrupsiya və rüşvətxorluğa yol verdiklərini Sizə və bütün cəmiyyətə bildirməyi özümüzə borc bilirik.
Yazdığımız faktların heç biri yalan deyil. Yalnız onların pul və rüşvət zoruna gələcəkdə bizim yazdıqlarımızı yalan çıxarmayacaqlarına zəmanət verə bilmirik.
Həmin faktlar aşağıdakılardır.
1. Sanki məktəb özəlləşdirilmiş, xüsüsi müəssisə kimi bir neçə adamın arasında bölüşdürülmüşdür.
2. Həmkarlar İttifaqına və ezamiyyətlərə ayrılan pul vəsaiti xüsusi seçilmiş adamların cibinə axır.
3. Uzun müddət həmkarların sədri olan Səfər hal-hazırda paralel olaraq direktor vəzifəsindədir. O, qanunsuz qazandığı pullar hesabına məktəbin yaxınlığında dəyəri 100 min manatdan çox olan mağaza market və ev almışdır.
4. Yalandan ucuq binalara, daxmallara kənd mədəniyyət evi lövhəsini asdıraraq fotoşəkillərini çəkdirib, onların güya təmirinə külli miqdarda pul ayırtdıraraq mənimsəmişlər.
5. Adı məktəb şəbəkəsinə daxil olan 120-dən artıq şagirddən hal-hazırda 5, nadir hallarda 10 uşaq məktəbə gəlir.
6. Mədəniyyət evlərini qışda isitmək üçün ayrılan yanacağın tək bircə litri də heç kimə verilmədən pulu şəxsi ciblərə axıdılır.
7. Ayrılan avadanlıqların ya özü, ya da pulu şəxsi insanlara xidmət edir.
8. Musiqi alətləri səs və kompyuter avadanlıqları özəlləşdirilib.
9. Səfər Quliyev latın qrafikasını tam bilmir, Idarə etmədən belə xəbəri yoxdur.
10.Musiqi texnikumunu bitirmiş,orta təhsilli Quluiyev Səfər hansı dərəcədə drektor vəzifəsində qanuna uyğun işləyir.
11. Laçın rayon musiqi məktəblərində 3-6 aydan bir drektor dəyişilir. Şakirin şəxsi tələbatı ödənilməyəndə bu dəyişiklik baş verir.

Hörmətli, cənab Prezident!
Bizim tərəfimizdən Sizə və aidiyyatı üzrə bütün dövlət orqanlarına Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi İsmayilov Şakir və Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru Quliyev Səfərin qanunsuz əməlləri barədə sayı məlum olmayan dərəcədə ünvanladığımız müraciətlərə baxılmaması, gizlədilməsi ondan irəli gəlir ki, rayon dövlət orqanları eyni zamanda icra aparatı məmurları tərəfindən Prezident aparatında məktublar şöbəsində rüşvət alırlarmı, təziqlərə məruz qalırlarmı? Müraciətlərimizi öz şöbələrində saxlayaraq bizim kimi vətəndaşların haq və hüquqlarının pozulmasına təkrar səbəb olaraq, müraciətlərimizdən nə üçün gəlir mənbəyi kimi istifadə edirlər?
Cənab Prezident, müraciətimizdə göstərdiyimiz məsələlərə ədalətli baxılacağına və bizim haqlı olduğumuzu nəzərə alıb Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin ədalətsiz mövqeylərindən bizi azad edib bizə sığınacaq veriləcəyinə inanırıq və ümüd edirik.
Hörmətli cənab Prezident!
Bizim ərizə və şikayətlərimizə Laçın rayonunda baxılmasına imtina edirik. Ona görə ki, Laçın rayonuna Dövlət Maliyyə nazirliyindən ayrılan bütün növ vəsaitlərin çox məbləği rayon dövlət müəsisə müdürlərinin xüsusi fermer təsərrüfatının inkişafı üçün istifadə edilir. Xahiş edirik, Sizin xüsusi nəzarətinizlə inandığınız nümayəndənizi göndərib bizim şahidçiliyimizlə araşdırılmasına göstəriş verəsiniz.
Hörmətli, cənab Prezident!
Bizim kimi heç bir təmənna güdmədən dövlətimizi dəstəkləyən insanların haqq və hüquqları Səfər və Şakir kimi məmurların ayaqları altına düşməsinə rayonda bəzi dövlət qurumlarının şərait yaratması dövlətimizə qarşı bir təxribat deyilmi? Ancaq biz inanırıq ki, dövlətimiz bu cür təxiribatlara qarşı lazımı tədbir görərək, bizim kimi insanların pozulmuş hüquqların bərpa edəcək. Xahiş edirik bizlərə kömək edəsiniz.

X. Axundov AZE № 08226962

Ə. Qasımov AZE № 04957920
Qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq…

LEAVE A REPLY