BMT Təhlükəsizlik Şurası Türkiyə ilə bağlı çağırış etdi

0
4
BMT Təhlükəsizlik Şurası İstanbulda baş verən son terror aktı ilə bağlı dünya ölkələrinə müraciət edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurum terror aktını törədənlərin tapılması və cəzalandırılması üçün ölkələri rəsmi Ankara ilə aktiv əməkdaşlığa çağırıb.

Təhlükəsizlik Şurasının üzvləri İstanbul teraktını kəskin şəkildə pisləyərək onu dəhşətli hücum adlandırıblar.

«Terrorizm dünya təhlükəsizliyi üçün ən böyük təhdidlərdən biri olmaqda davam edir. Ölənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik», deyə Şura üzvləri qeyd ediblər.