Şəbəkə biznesinin toruna düşən Sənan Ramil Usubovdan kömək istəyir.

0
2

Şəbəkə biznesinin toruna düşən Sənan Ramil Usubovdan kömək istəyir.

«QNET» adlı şəbəkə biznesininin dələduz fəaliyyəti…

Əslən Dəvəçi rayonundan olan Cavadov Sənan Telman oğlu Bakının düz mərkəzində fəaliyyət göstərən dələduzlardan ibarət mütəşəkkil cinayətkar dəstənin əməlinin qurbanına çevrilib. Bu barədə məlumatı qəzetimizə zərərçəkənin özü verib. Onun sözlərinə görə, iş yoldaşlarından biri ona yaxşı «qazanc» götürməyin ünvanını göstərib.
Onlar birlikdə metronun Nərimanov stansiyasına yaxın ərazidə yerləşən «QNET» adlı şəbəkə biznesininin fəaliyyət göstərdiyi ünvana gəlirlər.

Zərərçəkən başına gələn sonrakı prosesi belə nəql edir:

«Bizi Rəşad adlı oğlan qarşıladı. Sonra kompüterlər olan otağa keçdik. Mənə mal seçmək təklif olundu. İzah edildi ki, nə qədər qiymətli mal seçsəm qazançım bir o qədər artıq olacaq. Şərtlərə görə, mən istədiyim malı seçdikdən sonra pulu ödəyib onu götürməliydim. Mənə deyildi ki, bunun müqabilində heç bir itkim olmayacaq. İstədiyim vaxt aldığım malı daha baha qiymətə sata bilərəm. Sonra mənə qoyacağım pulun müqabilində həftədə 200 manat ödəyəcəklərinə söz verdilər. Bunun üçün şirkətə yeni adamalar, daha doğrusu qurbanlar gətirməliydim. Bəri başdan adam gətirə bilməyəcəyimi dedim. Razılaşdılar. Bir boyunbağı seçdim.

Qiymətinin çox baha olduğunu dedilər, ancaq mənə güya hörmət edərək 1800 manata verdilər. Pulum yox idi. Gedib bankdan kreditə götürdüm. Elə həmin ofisdə 1800 manatı Adışirin adlı şəxsə verdim. Sonra gördüm ki, mənə heç kimin pul ödəmək fikiri yoxdu. Pulla aldığım məsulu zərgərlərə göstərəndən sonra aldadıldığımı başa düşdüm. Sən demə, mənə satılan əşyanın qara qəpiklik belə dəyəri yox imiş».

Zərərçəkənin sözlərinə görə, o, dəfələrlə pulunu tələb etsə də, dələduzlardan heç nə ala bilmir:

«Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etdim. Mənim ərizəmi aidiyyəti üzrə 17-ci polis bölməsinə göndəriblər. İş Nicat adlı müstəntiqin icrahatındadır. Ona baş verənlərlə bağlı ətraflı izahat da vermişəm. Ancaq bu müddət ərzində gördüm ki, həmin şəbəkənin əməlindən minlərlə adam zərər çəkib. Hamısı da mənim kimi sürünür. Demək ki, bu işləri böyük havadarlarının dəstəyilə görürlər. Fürsətdən istifadə edib birbaşa daxili işlər naziri Ramil Usubova müraciət etmək istərdim. Ondan xahiş edirəm ki, bu mütəşəkkil dəstənin məsuliyyətə cəlb olunmasına göstəriş versin və bütün prosesləri nəzarətində saxlasın».
Mövzunu diqqətə saxlayacayıq…
Nizami

LEAVE A REPLY