Radikal müxalifətin siyasi ideologiyasında mütləq dəyişməli əsas prinsip hansıdır?
alt=”Ramiz Tağıyev: "Hökumətlə münasibətlər daha loyal olmalıdır, antoqonist ziddiyyətlərə son verilməlidir"” title=”Ramiz Tağıyev: "Hökumətlə münasibətlər daha loyal olmalıdır, antoqonist ziddiyyətlərə son verilməlidir"”
Ramiz Tağıyev: “Hökumətlə münasibətlər daha loyal olmalıdır, antoqonist ziddiyyətlərə son verilməlidir”
Azərbaycan müxalifəti yeni ilə də məğlubiyyətlə qədəm qoydu. Ən azı arxada qalan illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri bunu deməyə əsas verir.
Tez-tez müxalifətin məğlubiyyətinin səbəbləri onun dəyişmək istəməməsində axtarılır. Hətta müstəqil ekspertlər belə müxalifətə transformasiyanı məsləhət görür. Dəyişmək üçün müxalifət nə etməlidir? Daha doğrusu, müxalifətin siyasi ideologiyasında mütləq dəyişməli olan əsas prinsip hansıdır?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, müxalifətin hazırda düçar olduğu problemlərin kökündə məhz bu amil dayanır. Müsahibimizin sözlərinə görə, demokratikləşmə prosesi çətinləşə və asanlaşa bilir: “Yəni stabil olmur. Azərbaycan da bu proseslərdən təcrid oluna bilməz. Hazırda dünya siyasəti maliyyə böhranı içindədir. Bu böhrən Rusiya kimi dövlətləri çökdürmək xarakteri daşıyır. Böhran dünyanın siyasi coğrafiyasını xeyli dəyişə də bilər. Bunun üçün də müxalifət milli məsələlərdə iqtidarla bir olmağı bacarmalıdır. İndiki müxalifətin özəyini heç də xalq hərəkatından çıxan qüvvələr təşkil etmir. Hərəkat dövrü bitib. Azərbaycanda yeni bir siyasi situasiya yaranır. Və bu situasiyada müxalifətin taktikası dəyişilməlidir. Hökumətlə münasibətlər daha loyal olmalıdır. Antoqonist ziddiyyətlərə son verilməlidir. Azərbaycanda vətəndaş sülhü, Qarabağ və Azərbaycan naminə dialoqun ortaya çıxması üçün hər iki tərəf səy göstərməlidir. Bir sözlə, müxalifət yeni müstəviyə adaptasiya olunmanın formalarını düşünməlidir”.
Məhəmmədəli QƏRİBLi