Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bəndin əlavə edilməsi müzakirə olunub.
Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində – qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü – qaçqın vəsiqəsi veriləcək.
Layihə səsə qoyularaq qəbul olunub.
APA