Təcili: Azərbaycanla sərhəddə döyüş: Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, general yaralandı

0
4

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin getdiyini bildirib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. “Bu səhər, 29 dekabr tarixində dövlət sərhədində Tavuş rayonunun Çinari kəndində Azərbaycan ordusunun “diversiya qrupları” hücuma keçib. Ermənistan silahlı qüvvələri düşmənlə döyüşə girib. Snayper və minaatanlarda atəş açılıb, döyüşlər davam edir. Ermənistan SQ “düşmənin” müdaxilə cəhdlərinin qarşısını kəsərək, vəziyyəti tam nəzarətə alıb”.

Yayılan son məlumatlara görə, Ermənistan ordusu Azərbaycanla sərhəddə gedən döyüşlərdə ciddi itki verib.

Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyan bu gün səhər baş verən döyüşlər zamanı üç erməni hərbçinin-iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi baş verən hadisə ilə bağlı yayılan məlumatları hələ ki şərh etməyib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün səhər yaydığı məlumatda isə bildirilir ki,düşmən ordusu İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutub. Düşmənə qarşı cavab tədbirləri görülüb.

 

Bu gün səhər isə Ermənistan Müdafiə Nazirliyinin generalı Enriko Apriamov Ararat vilayətində avtomobil qəzasına düşüb.

Avropa.info xəbər verir ki, bu haqda shamshyan.com saytı məlumat yayıb. Mənbənin bildiridiyinə görə, hadisə bu səhər 7:20-də İrəvan-Yeresxavan yolunun 5-ci km-də baş verib. Generalın içində olduğu “Lexus” markalı avtomobil tikilməkdə olan körpüdə beton dirəyə dəyərək, qəzaya uğrayıb.

İlkin məlumatlara görə, general müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə MN-nin hərbi polisi və Ermənistan DYP-i gəlib.

Səfər zamanı generalı Ermənistan parlamentinin spikeri Qalust Saakyanın da müşayiət etdiyi deyilir. Lakin həmkarı Arsen Babayan bu informasiyanı təkzib edib.