Nazirlər Kabineti gələn il dövlət borcunun ortamüddətli və uzunmüddətli idarə edilməsi layihəsini hazırlayacaq.
Bu Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il üçün dövlət büdcəsinin təsdiq edilməsi haqqında sərəncamında qeyd olunub.
Sərəncama görə, 6 ay ərzində həmin layihə hazırlanmalı və dövlət başçısına təqdim edilməlidir. (Trend)
2016-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 7 650,7 milyon dollar (12 402,6 milyon manat) təşkil edib.