Nəvələrə baxmaq nənə-babaların həyatını uzadır

0
5

Alimlər 1990-2009-cu illərdə keçirilən sorğuların məlumatlarını araşdırıblar. Sorğularda yaşı 70-dən 103-ə qədər olan 500 insan iştirak edib. Nəticədə məlum olub ki, öz nəvələrinə və ya digar uşaqlara baxan yaşlı insanlar 3-4 yaş daha çox yaşayırdı.

Medical Xpress xəbər verir ki, alimlərin fikrinə görə bu nəticə yalnız vaxtaşırı olaraq uşaqlara baxan yaşlı insanlara aiddir. Daim nəvələrlə məşğul olmaq əksinə qocalarda stress yaradır ki, bu da sağlamlığa mənfi təsir edir.