FED dolların faiz dərəcəsini endirə bilər –“Trampın iqtisadi proqramı nəticəsiz qalacaq”

0
4
İki həftə öncə uçot dərəcəsini artıran Federal Ehtiyat Sistemi (FED) yaxın zamanda faiz dərəcəsini endirə bilər.

Bunu “The James Rickards Project”in təsisçisi və baş icraçı direktoru Cim Rikards (Jim Rickards) CNBC telekanalına bildirib. (APA)

C. Rikards qeyd edib ki, yeni seçilmiş prezident Donald Trampın iqtisadi canlandırma proqramı nəticəsiz qalacaq: “Bu isə FED-in siyasətini alt-üst edə bilər. Nəticədə bazarda, o cümlədən dolların məzənnəsində korreksiyanın vacibliyi zərurəti yaranacaq. Ya ressesiyaya doğru getməlisiniz, ya da siyasətinizi tənzimləməlisiniz”, – deyə ekspert izah edib.

Qeyd edək ki, dekabrın 14-də ikigünlük iclasın ardından FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb.

Bunun ardınca FOMC bəyan edib ki, 2017-ci ildə uçot dərəcəsi üç dəfə artırıla bilər. Sentyabr ayında isə bildirilirdi ki, gələn il uçot dərəcəsi iki dəfə artırılacaq.