“2016-cı il prezident seçkilərində namizəd olsaydım, qalib gələrdim” –Obama

0
4
“Əgər 2016-cı ildə keçirilən prezident seçkilərində namizəd olsaydım, qalib gələ bilərdim”.

Bunu ABŞ prezidenti Barak Obama CNN telekanalına müsahibəsində deyib:

“Mən inanıram ki, amerikalıların əksəriyyətinin səsini qazana bilərdim. Respublikaçıların qələbə qazanmasına səbəb onların seçkiqabağı kampaniya zamanı əhalinin bütün təbəqəsinin maraqlarını yerinə yetirməsi olub. Ona görə də bir çoxları Trampın qələbəsini fantastika adlandırır”.

Obama müsahibəsi zamanı onu ağlada biləcək 2 məsələni etiraf edib: “İki məsələ var ki, məni ağlada bilər. Birincisi, mən qızlarım barədə danışılanda və ya onları görəndə göz yaşlarıma boğuluram. İkinci məqam mənim komandamla bağlıdır. 2012-ci ildən bəri biz böyük ailə kimi işləmişik”.

ABŞ prezidenti bu zaman zarafatı da unutmayıb: “Mən təəssüf edirəm ki, mənim komandamdan heç kim uşağına Barak adını qoymadı”.

Teleqraf.com