İntihar körpüsü.

0
9

Qüdrət Əzizov

İntihar körpüsü.

Son vaxtlar bu sözü tez-tez eşidirk ki, bəs “intihar körpüsü”nə yenə bir nəfər cıxıb. Bu körpü “Koroğlu” metrosu yaxınlıgında yerləşir ki, əvvəllər çoxu tanımırdı. Məhz bura intihara gələnlər körpünü “məhşur” elədilər.
Bilmirəm, yada kı, bilmirik nəyə görə məhz bura? Kimin nə problemi varsa gəlib cıxır ora ki, problemini həll etsinlər. Sonra intihardan imtina etsin? Bilmirəm, bəlkə də basqa bir dərdləri var, lakin görünən odur ki, bu körpü hələ çox can alacaq.
Son vaxtlar intiharları çox eşidirik və şahid oluruq. Yəni insanlar üçün yaşamaq hissi bu qədər ucuzlaşıb? Onlara verilən həyata, onlara çəkilən əziyyəti bu qədərmi önəmsiz görürlər? İntihardan birini xilas edib soruşsan ki, niyə belə etdin, cavab olaraq deyəcək ki, başqa çarəm yox idi.
Bunlar asan yolu seçirlər, mübarizə aparmaqdan qorxurlar. Əslində onlar iradəsiz, çarəsiz kəslərdir. Bunlara müalicə lazımdı. Psixoloji problemlərini həll etmək, daha sonra cəmiyyət arasına buraxmaq lazımdır.
Keçən il LQBT sədri olan gənc intihar etdi və nəticə olaraq bir çox tanışları bundan təsirləndi. Sosial səbəkələrdə yayıldı ki, bu da daha bir neçə nəfərin intiharına səbəb oldu. Bəzən onları buna məcbur edirlər, insanlar da iradəsiz olduqları ucun mübarizədən əl çəkib, həqiqətən intiharın düzgün yol olduğuna inanıb bunu edirlər. Gerisini fikirləşmirlər, ailələrini, valideynlərini, ümumiyyətlə heç kimi fikirləşmirlər. Yalnız özlərindən başqa.
“İntihar körpüsü”ndə intiharların qarşısını almaq üçün çarə olaraq ora polis əməkdaşları cəlb olundu. Əslində bu da problemdən çıxış yolu deyil. Burada inkam verməsələr basqa yerə gedəcəklər və nəticədə buna nail olsalar, bir ailə başçısız, ana ogulsuz və ya qızsız, uşaqlar anasız, yaxud atasız, bacılar qardaşsız, qardaşlar bacısız qalarlar.
İntiharların qarşısını bu yolla almaq mümkün olmaz. Əslində bir dərnək, yaxud başqa bir şey fikirləşib intihara cəhd edənləri, yaxud bu fikirdə olanları ora cəlb etmək lazımdır. Orda müəyyən danışıqlar aparılmalıdır. Bir sözlə, intiharın problemdən cıxış yolu olmadığını başa salmaq lazımdır. Həqiqətən bunun çox böyük xeyri dəyə bilər.
Bir dəfə intira cəhd edən şəxsin müsahibəsinə qulaq asmışdım və onun dediyi kimi de yazacağam:
-Niyə intihara cəhd etdin? Səbəb nə idi?
-Artıq heç kim məni görmürdü, mən yox idim elə bil.
Düzdür, bu sözlər bəziləri ücün sadə görüne bilər, lakin həqiqətən ciddi bir problemdir. Ətrafınızda olanlara yaxşı münasibət bəsləyin, onlarla tez-tez əlaqə saxlayın, bəlkə də ətrafınızda bu fikirdə olan bir çox şəxslər var. Bəlkə də siz onları xilas edə bilərsiz…

LEAVE A REPLY