Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılıb –2 nəfər tələblər irəli sürüb

0
4

Liviyanın “Afriqiyah Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.

APA-nın verdiyi məlumata görə, içərisində 118 nəfər olan təyyarə Maltaya enib.

İlkin məlumata əsasən 2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Onların tələbləri hələlik bəlli deyil. Bəzi xəbərlərə görə isə, təyyarədə olan silahlı şəxs tələblərinin yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib.