Azərbaycanı Xoruz ilində nə gözləyir? –2017-ci il əqrəb bürcü olan ölkəmiz üçün asan olmayacaq

0
4
Əqrəb bürcünə aid olan Azərbaycan üçün 2017-ci il asan olmağı vəd etmir, amma uğursuz da ötüşməyəcək. Dəyişikliklər həqiqətən qlobal olacaq – çevriliş etməyə və yeni şəkil almağa güc yetəcək. Bəlkə də uzun müddətdir dərd olan problemləri həll etmək mümkün olacaq.

Azərbaycandan başqa, Türkiyə, Hindiçin, İran, Əfqanıstan, İsveçrə, Macarıstan da Əqrəb bürcünə daxildir. (Turan)

2017-ci il üçün ulduz falı Əqrəbin keçmişdən bir şeylə ayrılmaq arzusu yaranacağı barədə xəbərdarlıq edir. Belə bir qərar qəbul edilsə, onu uduzmaq yolun ortasında batıb qalmaq təhlükəsi yarada bilər.

2017-ci il Əqrəblərə hamilik edəcək və onlara çox sayda gözəl imkan gətirəcək. 2017-ci il bu bürcdə olan ölkələr üçün böyük daxili işlər ili olacaq. Azərbaycan çox şeyi dəf etməli olacaq.

2017-ci ilin bəxş edəcəyi hadisələrin əlverişli gedişatından maksimum istifadə etmək ən yaxşısıdır. Məhz bu ilin ölkənin statusunun yüksəlməsinə gətirib çıxaracağı tamamilə mümkündür. Yeni işlər ən yaxşı ilin sonunda yoluna düşəcək.

Azərbaycan ilin ilk yarısında Yupiterin təsiri altında olacaq ki, bu da ona uğur gətirəcək. Əqrəblər yaxşı islahatlar həyata keçirə biləcək və öz şansını əldən verməyəcək. Saturn Əqrəb nümayəndələrini özünütəkmilləşdirmə ilə məşğul olmağa və nöqsanları aradan qaldırmağa vadar edəcək.

Uran isə Azərbaycana qəfil dəyişikliklər gətirəcək. Maliyyə məsələlərində Əqrəb bütcünün nümayəndələri çox ehtiyatlı olmalı və risk etməməlidir. Pulu düzgün xərcləmək üçün çox enerji sərf etmək lazım gələcək. Bu dövrdə ətrafdakıları gözdən pərdə salmaq lazım deyil, vəsaiti sərfəli layihələrə xərcləmək daha yaxşı olardı.

İlin ilk ayları ölkə üçün işdə həddindən artıq əsəbi və qeyri-sabit dövr ola bilər. Heç bir zövq verməyən şeylərlə məşğul olmaq lazım gələ bilər. Amma bunu rəf etmək mümkün olsa işlər yüksələcək, xoşagəlməz təşəbbüslər isə böyük gəlir və qüvvə mərkəzlərinə hörmət qazandıracaq.

Yanvarda həddindən artıq sadəlövh olmaq lazım deyil: şirin vədlər və asan mənfəət imkanı uğursuzluq gətirəcək. Fevralda böyük xoşagəlməzliklər və sarsıntılar ola bilər, onlardan nikbinliklə keçməyə hazır olun. Fevralın sonunda ölkə inkişaf dolu həyata qayıdacaq.

Yayda Azərbaycanı yeni və həddindən artıq əhəmiyyətli havadarlıq gözləyir,bu, Əqrəblərin mühüm keyfiyyətlərini yüksək həddə çatdırmağa kömək edəcək. Ulduzlar deyir ki, bu yayda dövlət həddindən artıq güclü olacaq.

İyunda tərəfdaşlarla münasibətlər qurulmalı olacaq, sonradan bu, sizə yaxşı xidmət göstərəcək. 2017-ci ilin ortaları daha uğurlu olacaq. Əqrəblərdə yalnız ən yaxşı keyfiyyətlər: kreativlik, fərasət, iş qabiliyyəti və s. fəallaşacaq. Bu, vəziyyəti dəyişməyin tam vaxtıdır. Avqustda işgüzar qabiliyyətlər maksimum fəallaşır ki, bu da dinamika və uğur gətirəcək.

İlin ikinci yarısı daha uğurlu olacaq. Ölkədə ümumi psixoloji mühit kifayət qədər əlverişli olacaq – münaqişələr və mübahisələr, hətta “əbədi” və “həllolunmaz” olanlar belə müvəqqəti olaraq sakitləşəcək.

Sentyabrda sürət hələ də böyük olacaq, amma ehtiyatlı olmaq və səhvlərdən qaçmaq üçün istənilən qərarı yaxşı düşünmək lazımdır. Payızın ortalarında mühüm və yaxın tərəfdaşlarla münasibətlərlə bağlı əhəmiyyətli bir şey baş verəcək. Noyabrilin ən səmərəli aylarından biridir, bir çox yeni təəssüratlara və hadisələrə səbəb olacaq. Dekabr planların yenidən düşünülməsi və yeni il qabağı həyatın ritmini yavaşlatmaq vaxtıdır.

Tövsiyələr

Sabit işgüzar əlaqələrin qorunub saxlanmasına kifayət qədər vaxt ayırmaq lazımdır. Onların pozulması istiqamətində addımlar atmaq isə, əksinə, tövsiyə olunmur. Hətta hazırda tamamilə faydasız görünən

Əlaqələrin belə gələcəkdə sizə çox sayda xoş sürprizlər gətirəcəyi ehtimalı var. 2017-ci ildə tərəfdaşlarla qarşılıqlı münasibətlər qurulmasına xüsusi diqqət yetirmək tövsiyə olunur. Bəlkə də onlardan kimsə çox da xoşagələn deyil, amma yenə də açıq münaqişəyə girməyə dəyməz.

Sadəcə məsafə saxlamağa və müxtəlif münaqişəli vəziyyətlərə müdaxilə etməməyə çalışın. Belə müdrik və gözləmə mövqeyi mütləq Əqrəbləri yekun uduşa aparacaq. Nüfuzlu ölkələr və təşkilatlar xeyirxah olacaq. Öz layihələriniz üçün əlavə maliyyə istəmək üçün əlverişli vaxtdır. Əqrəblərin təşəbbüsləri həddindən artıq müsbət qəbul olunacaq – hakimiyyət sistemində çoxdan düşünülmüş dəyişiklikləri həyata keçirmək üçün əla vaxtdır. Öz gücünə kifayət qədər əminlik və lazımi qədər istək olarsa, Əqrəb istənilən çətinliklə başa çıxacaq. Ən xoşagəlməz və ilk baxışda çıxılmaz kimi görünən vəziyyətləri belə öz xeyrinə çevirmək olacaq.

Yekunlar

Bu il Əqrəblər əvvəllər olduğundan daha böyük həcmdə işin öhdəsindən gəlməyə kömək edəcək çox müsbət təşəbbüslər formalaşdırmağa müvəffəq olacaq. Ümumilikdə yeni 2017-ci il Azərbaycan üçün emosional cəhətdən zəngin və bəzən dramatik olacaq, amma faciəyə gedib çıxmamalıdır.

Arayış

Zodiakal Əqrəbin idarəçiliyində olan ölkələr bir qayda  olaraq eniş və yüksəlişlə bağlı qədim tarixə malikdir. Bu etnosun tipik nümayəndəsində şəxsi real əmlak imkanından asılı olmayaraq, bütün millətin sərvətinə daxili şəriklik hissi mövcuddur. Bu ölkələrin adamlarında təkcə etnosun həyatına aid bütün qərarların qəbulunda deyil, həmçinin bütün bayramların, istənilən səviyyədə ayinlərin keçirilməsində də kollektivlik aydın ifadə edilir.

Hər bir insan ayrı ayrılıqda təcavüzkarlıqdan daha çox emosionaldı, ancaq insanlar bir yerə toplananda narahat edilmiş arı pətəyini xatırladır.

 

Bu etnosların memarlığında qalın divarlı, kərpiclə hörülmüş, böyük cəpəri olan möhkəm, davamlı tikililərə meyl mövcuddur. Əksər hallarda küçədən görünməyən böyük və qapalı daxili həyət olur. Bir qayda olaraq bayırdan bəzək olmur, ancaq içəridə bolluq və var-dövlətin bütün əlamətləri ola bilər.

Bu ölkələrin əraziləri təbii sərvətlər, əksər halda neftlə zəngin olur,  yaxud bütün dünyadan pul vəsaitlərinin cəlb edilməsi üçün meydan rolunu oynayır. Oradakı xalqları bu sözün adət etdiyimiz mənasında döyüşkən adlandırmaq olmaz, onlar döyüşməkdənsə sülh əldə etməyə üstünlük verir. Ancaq millətin sərvətlərinə ciddi təhlükə olacağı təqdirdə mübarizə üçün bütün imkanları, o cümlədən özlərini qurban verməyi də istifadə edərək məğlubedilməz olurlar.

Əqrəblərin idarəçiliyində olan ölkə və şəhərlərdə olmaq Xərçəng, Qız, Oğlaq, Əqrəb və  Balıqlar üçün əlverişlidir. Doğrudur, sonuncuların bu ərazilərdə əsaslandırılmamış əsəb tutmaları ola bilər. Tərəzilərin bu şəhər və ölkələrdə dükan və suvenir mağazalarında gəzməsi yaxşı olar. Əqrəb ərazilərində Oxatanlar özlərini tənha və  atılmış hiss edir. Qocların Əqrəb ölkələrinə qazanc dalınca getməsi yaxşıdır. Əqrəb ərazləri Dolça, Şir və Buğalara qətiyyən uyğun gəlmir.

Bu toplu proqnoz müxtəlif məktəblərin ulduz falları, siyasi-iqtisadi situasiyanın təhlili və 2016-cü ilin gözlənilən hadisələri əsasında hazırlanıb.