Masallıda “Piter Elçin”in qardaşına 25 güllə vurulub

0
4

Daxili İşlər Nazirliyi ötən gün Masallıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Virtualaz.org DİN-ə istinadən xəbər verir ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı və 7 ədəd gülləni təhvil verib.

Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Xatırladaq ki, qətlə yetirilən şəxs lənkəranlı kriminal aləmdə “Piter Elçin” kimi tanınan qardaşıdır.