Bakıda intihar hadisəsi baş verib.
Hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb. Onun bu səbəbdən intihar etdiyi bildirilir.aktla bağlı cinayət işi başlanıb.
İntihar edən məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.