Qüdrət Əzizov
Cəmiyyətdə dəyişiklik.
Cəmiyyət dedikdə biz nə başa düşürük? Bu söz bir çox mənalarda işlənir. Bəzən bir-birilə ünsiyyətdə olan insanlardan ibarət kiçik bir qrupu cəmiyyət adlandırırlar. İnsanların könüllü birliklərinə də cəmiyyət deyilir. Məsələn, filatelistlər cəmiyyəti, azarkeşlər cəmiyyəti və s.
Cəmiyyətin daha geniş mənaları da var. Məsələn, elmdə dünyanın bir hissəsi «cəmiyyət» adlanır. Bu zaman dünyaya aid edilən butun əsas əlamətlər cəmiyyətə də aid edilir. Məsələn, dünya daima dəyişkəndir. Ona görə cəmiyyət də daima dəyişilən varlıq kimi başa düşülür.Yaxud, müasir dünyanın indiki vəziyyəti, ondan əvvəlki vəziyyəti (keçmişi) və gələcəyi vardır. Cəmiyyətin də keçmişi, indisi və gələcəyi vardır. Dünyada daima mövcud olan heçnə yoxdur. Cəmiyyətlər də daima mövcud olmir, bir-birini əvəz edir.
Cəmiyyətdə formalaşmaq insanların demək olar hər bir sahədə təkmilləşməsinə vasitə yaradır. Bizlər dünyaya fərd olaraq gəlirik, amma şəxsiyyət kimi formalaşırıq. Buna da cəmiyyətdəki dəyişiklik səbəb olur. Düzdü, çox zaman həyatın sərt üzünü görsək də, yenə öhdəsindən gəlirik. Cəmiyyətdə qınaqlar daha çox qabarıqdır. Hətta bir çox zaman bunun qarşısında acız qalırıq.
Bir çoxları istədikləri həyatı yaşaya bilmirlər, məhz cəmiyyətdəki qınaq səbəbindən, “filankəs nə deyər” kəlməsindən qorxaraq. Bütün bunlardan qurtulmaq ücün, belə bir cəmiyyətin istəyini qəbullanıb səs çıxara bilmirik. Bu təkcə geyim, yaxud stil barəsində deyil, həyatımızın bir çox sahələrində baş verir. Əsasən də qadınların hüquqları əllərindən alınır, nəinki hüquq, onların rahat yaşamasına belə mane olur bu cəmiyyətdəki bəzi problemlər. Hələ bizim cəmiyyətdə bu tam olaraq formalaşmayıb. Hələ biz ideal bir cəmiyyət yarada bilmirik, yada ki, yaratmaq istəmirik. Amma ən azından cəhd etmək lazımdır. Bəlkə də bunu bugünkü gənclik edir. Bəli, ən azından bir qrup gənclər cəhd edir. Bu sevindirici bir haldır, lakın bəs etmir. Cəmiyyətdəki neqativ hallara son vermək üçün, necə deyərlər, “məmə yeyəndən pəpəyeyənə qədər” hər kəs calışmalıdır.
İstənilən cəmiyyəti formalaşdırmaq elə də cətin deyil. Əslində, gündəlik hər bir sahədə etdiklərimizi biraz dəyişsək istənilən nəticəni əldə edərik. Bu istər nəqliyyatda, istər dünyaya baxış tərzini dəyişməkdə, istərsə də bir-birimzə inanmqda. Bəli, inanmaqda… Çünki bizlər bir-birimizə inanmırıq. Nəticə etibarı ilə bir çox problem üzə cıxır.
Cəmiyyətdə ən əsas yerlərdən birini polislər tutur. Nəyə görə desəniz, cəmiyyətdəki bir çox özbaşınalığın qarşısını məhz polislər alır. Polislərsiz bir cəmiyyəti təsəvvür etmək olmaz. Bizim yadımızdan cıxmayıb, keçən əsrin sonlarında olan özbaşınalıqlar, polis idarələrinə hücum edərək onların öldürülməsi, silahlarının əlindən alıb sivil insanlara qarşı istifadə edilməsi, qadınların zorakılıqla, vəhşicəsinə incidilməsinin şahidi olmuşuq. Məhz bunlar bir qrup şəxsiyyətsizin cəmiyyətə qarşı terroru idi.
Deyəsən bu terrora yenə cəhd edilir. Son günlərdə eşidirik, oxuyuruq ki, biri polisi yandırır, biri bıcaqlayır və s. Bu kimi hərəkətləri qətiyyətlə qınayırıq. Hər kəs qanun qarşısında cavab verməlidir.Və düzgün cəmiyyət yaratmaq istəyiriksə bunu etməyə məcburuq.
Hər zaman cəmiyyətlərdə bir çox dəyişiklik olub və olacaq. Əsas bu dəyişiklikdən yaxşı yöndə istifadə edib, nələrisə əldə etməkdir. Kor koranə özümüzü aldatmayaq. Ölkəmizdə, cəmiyyətimizdə neqativ halların ortadan qaldırılması, sabitliyin, sakitliyin qorunması hər birimizin əlindədir.