25 yaşlı oğlanın barmaqları kəsildi – Zaqatalada

0
5

Zaqatalada 25 yaşlı oğlanın bədbəxt hadisə nəticəsində barmaqları kəsilib.

Zəyəm kəndində,1991-ci il təvəllüdlü İsayev Nurlan İbrahim oğlu evində yeni il şənliyində istifadə etmək üçün öz aralarında “pojik” adlandırdıqları partlayıcı qurğu düzəldib.

O, düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman, “pojik” onun əlində dağılıb. Nəticədə N. İsayevin sol əlindən aldığı ciddi xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Hazırda vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.