Dünya birjalarında neft bahalaşmağa başlayıb.
Bakı vaxtı ilə 18.40-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar bahalaşaraq 52,60 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,85 dollar artaraq 55,75 dollar olub.
Fins.az