“Bu, düşünülmüş, planlı qətldir” –Rəsmi Moskvadan səfirin qətlinə ilk reaksiya

0
4

Xəbər verdiyimiz kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bir az əvvəl Ankarada qətlə yetirilib

Strateq.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi ilk açıqlama verib.

Rusiya XİN-dən bildirilib ki, hadisədən dərin təəssüf və narahatlıq keçirirlər:

“Biz hesab edirik ki, bu, Rusiya ilə Türkiyənin son vaxtlar yüksələn münasibətlərinə xələl gətirmək məqsədi ilə düşünülmüş, planlı qətldir. Ancaq biz münasibətlərimizə xələl gətirilməsinə imkan verməyəcəyik.

Sabah Türkiyənin xarici işlər naziri Moskvaya gələcək. Burada detallı müzakirə edəcəyik. Hələlik araşdırmalar gedir. Yekun rəyimiz olacaq”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə ayrıca açıqlama verərək, deyib ki, bu gün Rusiya diplomatiyasının faciəvi günüdür:

“Ankarada rəsmi tədbirdə ağır yaralanan səfir Andrey Karlov dünyasını dəyişib. Hadisə ilə əlaqədar rəsmi Moskva Türkiyə hökuməti ilə davamlı əlaqə saxlayır…”.