Hələbin minlərlə dinc sakini, təxliyə planlarının gecikməsi səbəbilə getdikcə daha çox çıxılmaz vəziyyətə düşür.
Jurnalistlər hələblilərdən bəzilərinin şaxtalı havada küçələrdə yatdığını və ərzaqsız və ya daha az ərzağa sahib olduqlarını deyir.
Ləngimələr İdlibdə hökumətin nəzarət etdiyi iki rayondan dinc sakinlərin köçürülməsi ətrafında mübahisələrə görə baş verir.
Lakin Suriyanın dövlət mətbuatı yerli vaxtla günortaya yaxın köçürülməyə başlanılması üçün şərqi Hələbə daxil olduqlarını bildirib.
Xəbərə görə, təxminən 1,200 nəfər köçürüləcək.
Avtobuslar Beynəlxalq Qırmızı Xaç və Suriya Ərəb Qızıl Xaç təşkilatlarının nəzarəti altında Hələbə daxil olub, Sana informasiya agentliyi bildirib.
Dünya Səhiyyə Təşkilatının Suriyadakı nümayəndəsi Elizabeth Hoff bildirib ki, təşkilat köçün yerli vaxtla 14:00-da başlamasını gözləyib.
Britaniyada fəalliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, əvvəllər Nüsrə Cəbhəsi kimi bilinən Cəhbə Fətah əl-Şam qiyamçı qrupu avtobusların qarşısını kəsib.
Müxbirlər təxliyə barədə yeni razılaşmanın bazar günü səhər saatlarında əldə edildiyini deyir.
Hələbin şərqində qızı ilə mühasirə altında qalan müəllim, Abdulkafi əl-Hamdo BBC-ə telefonla bildirib ki, evini tərk etmək istəməyib, amma başqa şansı da olmayıb.
“Hava elə soyuqdur ki. Uşaqlar acından ağlayırlar. Donurlar.. qorxurlar ki, buradan çıxa bilməzlər. Bu, çox insanların burada hiss etdiyidir”.
BMT səsverməsi
BMT-nin Təhlükəsizlik Şurasında keçirilən iclasda isə Fransanın BMT rəsmilərinin təxliyə cəhdlərinin müşahidə edilməsinə dair təklifi müzakirə ediləcək və səsvermə keçiriləcək.
Hərçənd ki, Suriya prezidentinin tərəfində olan Rusiyanın bu səsverməyə müqavimət göstərəcəyinə dair şübhələr yaranıb.
2011-ci ildən, Suriyada münaqişə başladıqdan bəri Moskva 6 qətnaməyə yox cavabı verib.