Qadın təcavüzkarları necə cəzalandırılır? – Ölkələrin SİYAHISI

0
5

Dünya ölkələrində qadın təcavüzkarları fərqli formada cəzalandırılır. Bəzi ölkələrdə bu cinayətə görə cani həbs cəzasına məhkum olunur, bəzilərində hətta onlar edam edilirlər.

Dünya ölkələrində bu cinayət əməlinə görə çıxarılan fərqli qərarları təqdim edirik:

1. Çində təcavüzkarlara ya ölüm hökmü çıxarılır, ya da axtanma ilə cəzalandırılır.

2. Şimali Koreyada cinayətkar güllələnərək, öldürülür. Cəzanı icra edənlər arasında cinayət qurbanının özü də olur.

3. Əfqanıstanda təcavüzkarlar edam olunur. Cəllad vəzifəsini isə qurbanın özü yerinə yetirir.

4. Rusiyada bu cinayəti törədən şəxsi 3 ildən 30 ilə qədər həbs cəzası gözləyir.

5. Misirdə cinayətkar kütlə qarşısında edam edilir.

6. Hollandiyada təcavüzkarı 4 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Burada qarşı tərəfin razılığı olmadan onu öpmək də qadağandır. Ona görə də Hollandiyada kişilər çox az hallarda münasibət zamanı ilk addımı atır.

7. İranda cinayətkar ya güllələnir, ya da edam edilir. Çox az hallarda hansısa təcavüzkar bu cəzadan qaça bilər. Onlar ömürlük həbs cəzasına və ya müxtəlif işgəncələrə məruz qalırlar.

8. Səudiyyə Ərəbistanında cinayətkarlar məhkəmə prosesindən dərhal sonra güllələnirlər.

9. İsraildə təcavüzkarı 4 ildən 16 ilədək həbs cəzası gözləyir.

10. Birləşmiş Ərəb Əmirliklərində cinayətkara ölüm hökmünün icrası üçün 7 gün vaxt verirlər. Bu müddətdə təcavüzkar ailə üzvləri və yaxınları ilə vidalaşır. (Teleqraf.com)