Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi dekabrın 27-də Moskvada keçirilməsi nəzərdə tutulan İran, Türkiyə və Rusiya təmsilçilərinin Suriya münaqişəsinin nizamlanmasına dair görüşünü şərh edərkən deyib.
B.Qasımi deyib ki, İran və bu ölkənin xarici işlər naziri Suriyanın Hələb şəhərində sabitliyin təmin olunması, dinc sakinlərə yardımların çatdırılması istiqamətində tədbirlər görür.
“Ərəb baharı hadisələri baş verdiyi zaman bəzi qərb və ərəb ölkələri terrorçuları Suriyanın qanuni hökumətini devirmək məqsədi ilə bu ölkəyə topladı. Suriyadakı bugünkü vəziyyətə görə günahkar həmin ölkələrdir”.
B.Qasımi deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəzi ölkələr, o cümlədən Türkiyə və Rusiya ilə davamlı əlaqələr yaradıb. Nəticədə çıxış yoluna dair layihə hazırlanıb. Layihə dekabrın 27-də Moskvada keçiriləcək XİN başçılarının görüşündə təsdiqlənəcək. (APA)