Bakıda intihara cəhd olub.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 15 yaşlı Əfsanə İsmayılova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya Ə.İsmayılovanın vəziyyətinin ağır olduğu bildirilib.