“Hələb indiki vəziyyətə düşməyəcəkdi, əgər…” –Rəsmi Ankaradan ABŞ-a ittiham

0
5
“Əgər bizim dediyimiz kimi neytral zona yaradılsaydı, Hələb indiki vəziyyətə düşməyəcəkdi”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın söyləyib.

“ABŞ Suriya siyasətində ard-arda böyük yanlışlara yol verdi. Bu gün Suriyada baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”.(Axar.az).

Qeyd edək ki, bundan öncə Suriya hökumət qüvvələri Hələb şəhərində nəzarəti tam bərpa edib. Bu, Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra Əsəd rejiminin ən böyük qələbəsidir. Nəticədə şəhərdən müxaliflərin böyük köçü başlayıb. Ankara Hələbdən çıxan qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.