Türk alimlər yeni heyvan növü aşkarladılar-Elm aləmi şokda

0
4

Türkiyənin Adnan Menderes Universitetinin alimləri Tunceli adlanan ərazidə elmə indiyə qədər məlum olmayan heyvan növü aşkarlayıblar.

Sürünənlərlə qurbağaların hibridini xatırladan növ dünya faunasında nadir canlılardan sayılır. Rusiyanın məşhur “ Russian Journal of Herpetology” nəşri bu kəşfi elm aləmi üçün töhfə adlandırıb.
Menderes Universitetinin  mütəxəssislərinin sözlərinə görə, yeni aşkarlanan növ və ona qohum olan digər yaxın növlərə hələlik ancaq  Tunceli vilayətində rastlamaq mümkündür.
Alimlər bu səbəbdən yeni növləri aşkarlamaq üçün Tuncelidə tədqiqatlara başlayıblar. Dünyanın biologiya və genetik irs məsələləri ilə məşğul olan bir çox elmi mərkəzləri də bütün diqqətini həmin zonaya yönəldib.