Bakıda qətlə yetirilən 25 yaşlı oğlanınkimliyi bilindi

0
4

Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının qarşısında qətlə yetirilən şəxsin kimliyi məlum olub. Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 1995-ci il təvəllüdlü Muxtarov Ələkbər Vahid oğludur.

Qətl hadisəsi isə Ə. Muxtarovun “facebook” sosial şəbəkəsində qızla tanışlığına görə baş verib. Belə ki, Ə. Muxtarov sosial şəbəkədə bir nəfər qızla tanış olub və onunla görüş təyin edib. Görüş “Memar Əcəmi” stansiyasının qarşısında təyin edilib. Bu gün saat 14:50 radələrində stansiyanın qarşısına gələn Ə. Muxtarov qızın verdiyi telefon nömrəsinə zəng vurub. Həmin vaxt isə qızın Ə. Muxtarova verdiyi telefon nömrəsinə oğlan cavab verib və görüş yerində qarşılaşıblar. Qızın əvəzinə gələn oğlan Ə. Muxtarova ürək nayihəsindən bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Ə. Muxtarov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda Ə. Muxtarovun saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.