Bakıda azyaşlı uşağın başına televizor düşüb

0
4

Bakıda 4 yaşlı uşağın başına televizor düşüb.

Hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.
Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.
Nəticədə, Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.