Bazarda tüğyan edən alverçilərə qarşı ciddi qanun:Öz məhsulunu satmayanlar 500 manat cərimə olunacaq bazar

0
5
Dekabrın 5-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Komitə sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinə yeni 459-1-ci “Kooperativ bazarlarda satış qaydalarının pozulması” maddəsinin əlavə edilməsi nəzərdə tutulur.

Bu maddəyə əsasən, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışı, habelə kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər şəxslərin satış həyata keçirməsi halında fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər isə min manat məbləğində cərimə olunacaqlar.

Gündəlikdəki məsələlərlə əlaqədar müzakirələr zamanı deputatlar dəyişikliklər barədə fikir və təkliflərini səsləndiriblər. Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.