“Stratfor”un gələcək üçün yeni proqnozları:”Rusiya MDB-də fəallaşacaq, Azərbaycan isə…” stratfor ABŞ-da fəaliyyət göstərən kəşfiyyat-analitik şirkəti olan “Str

0
4
ABŞ-da fəaliyyət göstərən kəşfiyyat-analitik şirkəti olan “Stratfor” növbəti hesabatını yayımlayıb.

Yeni hesabatda şirkətin dünyanın yaxın geosiyasi gələcəyi üçün proqnoz verib. “Stratfor”-un ekspertlərinin fikrincə, Tramp administrasiyası Rusiya ilə “istiləşmə”yə başlayacaq və 3 illik sanksiyaları ləğv edəcək. Bu Rusiyaya keçmiş sovet respublikalarında aktivləşməyə zəmin yaradacaq. (Modern.az)

Avropa İttifaqındakı bölünmə də ucuz neft qiymətləri və sanksiyalardan əziyyət çəkən Rusiyanın işini asanlaşdıracaq. Proqnozlaşdırılır ki, postsovet respublikaları Qərbə olan münasibətlərini dəyişəcəklər.

1.Moldovanın yeni sosialist prezidenti İqor Dodon Rusiya ilə daha sıx iqtisadi münasibətlər qurmağa çalışacaq.

2.Gürcüstan de-fakto müstəqil Abxaziya və Cənubi Osetiyaya qarşı münasibətini yumşaldacaq.

3.Ukrayna artıq Qərbin hərtərəfli dəstəyinə inamını itirəcək və Minsk razılaşmalarına başqa cür yanaşacaq.

4.Özbəkistan və Azərbaycan Rusiyadan daha  çox silah almağa və hərbçilərini bu ölkədə hazırlıq keçməyə göndərəcək.

“Stratfor” ABŞ və Avropa İttifaqındakı qeyri-müəyyən şəraitdə Rusiya keçmiş sovet respublikalarında nüfuzunu bərpa etməyə çalışacaq.