Almaniyada MİT qorxusu:“Türk kəşfiyyatı…”

0
4
Almaniya hökuməti Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə bağlı daha sərt tədbirlər görməlidir.

Bunu jurnalistlərə açıqlamasında Almaniya Sol Partiyasının rəsmi nümayəndəsi Martina Renner söyləyib. MİT-in Almaniyada geniş agentura şəbəkəsi qurduğunu söyləyən Renner bunun Almaniya üçün təhdid olduğunu bildirib:

“MİT-in Almaniyadakı fəaliyyəti bizim ölkədə yaşayan müxalif güclər üçün təhdiddir. Ona görə də MİT-lə çalışanlar cəzalandırılmalı, agentlər ölkədən çıxarılmalı və MİT-lə iş birliyi yekunlaşdırılmalıdır”.

Qeyd edək ki, son günlər Almaniya mətbuatında MİT-lə bağlı geniş yazılar dərc olunmağa başlayıb. Mətbuat türk kəşfiyyatının ölkədə geniş agentura şəbəkəsinin olduğunu bildirib. Bu agentura şəbəkəsinin 6 min üzvü olduğu iddia edilir.  (Axar.az)