ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalayacaq.
Bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.
“Prezidentin bu qanunu imzalayacağı gözlənilir. Biz hesab etmirik ki, bu, İranın nüvə proqramına dair hərtərəfli sazişin gerçəkləşməsinə maneə ola bilər”, – deyə Şults vurğulayıb.
Bundan əvvəl İran xarici işlər nazirliyi sanksiyaların uzadılmasının nüvə proqramı üzrə sazişə zidd olduğunu bildirib.
Qeyd edək ki, 1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.
(apa)