“Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinə Suriyada hava zərbəsi endirilib.Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Bu hücum Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilib”.
Bunu Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türkyiəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. (APA)
S. Lavrov deyib ki, Rusiya Suriyada terrorizmlə mübarizə aparır: “Bir daha belə olayların olmamasını istəyirik”.