Türkiyə:”Kreml bizi düzgün anlamayıb”

0
6

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədin devrilməsi ilə bağlı verdiyi açıqlama hərfi mənada başa düşülməməlidir.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

“Prezidentin sözügedən açıqlaması dünən yayımlanıb. Lakin bu, hərfi anlamda qəbul edilməməlidir. Ümid edirik ki, yaranan anlaşılmazlıq qısa zamanda həllini tapacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ərdoğan açıqlamalarının birində Suriyada türk ordusunun əsas məqsədinin Bəşər Əsədi devirmək olduğunu bildirmişdi.  (Axar.az)