Tramp rəsmi «Twitter» səhifəsində təsdiqlədi:“Vaz keçdim”

0
6

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bir neçə saat bundan əvvəl özünün rəsmi «Twitter» səhifəsində atdığı tvitlə hamının diqqətinə səbəb olub.

 
Tramp sürpriz açıqlamasında bütün biznes işlərindən vaz keçəcəyini bildirib:
“ABŞ-ı yenidən güclü dövlət etmək üçün ölkənin idarəçisi vəzifəsinə fokuslanmaq məqsədilə sahib olduğum bütün böyük işləri buraxacağam. Bunu  müzakirə etmək üçün ailəmlə birlikdə15 dekabrda New Yorkda böyük mətbuat konfransı  keçirəcəyəm”.
Yazdığı başqa bir qeyddə isə Tramp prezidentliyin daha önəmli vəzif olduğunu və bunun üçün çoxgəlirli biznes layihələrindən imtinanın mümkünlüyünü bildirib:
“Amerika qanunlarına görə bu addımı atmağım vacib deyildi. Amma bunun önəmli olduğunu da hiss edirəm. Prezidentlik başqa işlərlə qətiyyən uzlaşmamalıdır. Bu səbəbdən biznes layihələrimdən kənarda dayanacağam”.