Lalə Məmmədova: “Ailəmin dağılmasına xəyanət səbəb oldu”
alt=”Lalə Məmmədova: "Ailəmin dağılmasına xəyanət səbəb oldu"” title=”Lalə Məmmədova: "Ailəmin dağılmasına xəyanət səbəb oldu"”
“Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi”.
Bu sözləri əməkdar artist Lalə Məmmədova “Space” kanalında yayımlanan “Günaydın” verilişində deyib. O, aparıcı Vüsalə Kərimovanın “Uşaqlarınız ataları ilə görüşürlər” sualına belə cavab verib: “Bu haqda çox danışmaq istəmirəm. Şükürlər olsun ki, övladlarımla bağlı hər şey qaydasındadır. Təəssüf ki, bu gün cəmiyyətimizdə ailə dəyərləri bəzi insanlar üçün çox ucuzlaşıb. Ailənin məsuliyyətini hər iki tərəf çəkməlidir. Tərəflərdən biri məsuliyyətsiz yanaşarsa, o biri tərəf üçün çətin olur”.
Müğənni boşanmalardan daha çox uşaqların əziyyət çəkdiklərini deyib: “Mənim ailəmin dağılmasında çox səbəblər oldu. Onlardan biri də xəyanət idi. Mənim üçün ağrılı mövzudur. İnsan sonradan anlayır ki, geriyə dönüş yoxdur. Ayrılıqlarda ən çox da heç biri günahı olmayan uşaqlar əziyyət çəkir. Biz heç olmasa, hər hansı işlə məşğul olub, başımızı qatırıq”.
Lalə Məmmədovanın aparıcının “Balaca qızınızı dünyaya gətirməyi niyə istədiniz? Ailəni əldə saxlamaq üçün” suallarına cavabı belə olub: “Övladın heç bir şeydə günahı yox idi. Onu mənə Allah vermişdi. Onun artıq ürəyi döyünürdü. Qızımın münasibətlərə heç bir aidiyyatı yoxdur. O, bizdən xahiş eləməmişdi ki, onu dünyaya gətirək. Heç vaxt mənim dilimdən övladlarımın atasının ünvanına pis söz eşitməzsiniz. O, mənim həyat yoldaşım olub. Ona sonadək hörmət edəcəm”.
Qeyd edək ki, Lalə Məmmədovanın Nərgiz və Çinarə adlı iki qızı var. Müğənninin kiçik qızı bu ilin yanvarında dünyaya gəlib.