Azərbaycanda vergidən yayınanlar arasında iri neft şirkətləri də var — (Siyahı)

0
8

Azərbaycanda vergidən yayınanlar arasında iri neft şirkətləri də var

Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.

Vergilər Nazirliyi saytının verdiyi məlumata əsasən, həmin şirkətlər arasında «Hess (ACG) Limited» neft şirkətinin Bakı nümayəndəliyi, «Karasu Development Company» neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, «Petroleum Services Group SA» şirkəti, MILK-PRO süd emalı şirkəti, «Bakı Şərab-2″ və digər şirkətlər var.

Ümumilikdə siyahıda 197 hüquqi və fiziki şəxs yer alıb.

LEAVE A REPLY