“Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçirib

0
4

Keçmiş “Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər.
Etiraz edən sakinlər evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər.

Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir. Sakinlər deyib ki, söküntünü «Bakı Metropoliteni» QSC-i həyata keçirir. (Azadlıq radiosu)

Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmir.