Dövlət televiziyalarına ayrılan məbləğ azaldıldı – MƏBLƏĞ

0
8

2017-ci ilə dövlət televiziyasının büdcəsi bu ilkindən az olacaq. Hazırda büdcədən iki TV-yə AzTV və İctimai TV-yə vəsait ayrılır.

2017-də büdcədən maliyyə ayrılan TV-lərin hər birinin vəsaiti 2016-cı illə müqayisədə təxminən 4 milyon manat azalacaq. İctimai TV-nin xərcləri 15.5 mln. manatdan 11.5 mln. manata, AZtv-nin xərcləri 35.5 mln. manatdan 31.7 mln. manata endirilir.
QHT Şurasının da büdcəsi 1.5 mln. manata yaxın azalacaq və 2016 üçün nəzərdə tutulan 6.5 mln. manatdan 5 mln. manata qədər azaldılır. Bununla yanaşı, KİV-ə Dəstək Fondunun büdcəsi dəyişmir – təxminən 4 mln. manat səviyyəsində saxlanır. (Fins.az)