Azərbaycan əleyhinə yazan sayt bağlandı – Türkiyədə

0
6

Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.

İnternet qəzetinin baş redaktoru, eyni zamanda “Azadlıq” qəzetinin Ankara təmsilçisi Aydın Taşın jurnalist vəsiqəsi də ləğv edilib.
Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.
Mənbə əlavə edib ki, internet qəzetin fəaliyyətinin dayandırlmasına səbəb burda Azərbaycan xalqı və dövləti haqqında həqiqətə uyğun olmayan, qərəzli informasiyaların yayımının olmasıdır.
Məlumata görə, Türkiyədə bu cür fəaliyyəti davam etdirən, həmçinin “erməni diasporu və bəzi xarici dairələr tərəfindən idarə olunan, təlimatlandırılan və Azərbaycana qarşı yönəldilən digər media orqanları və jurnalistlərə” qarşı da ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq onlardan bir neçəsinə bu fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıq edilib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyəyə səfər edərək aidiyyəti qurumların rəhbərləri və səlahiyyətli nümayəndələri ilə görüşüb. Görüşlərdə daxili siyasi məsələlər, o cümlədən xaricdən idarə olunaraq hər iki ölkənin əleyhinə fəaliyyət göstərən qruplarla bağlı ciddi müzakirələr aparılıb. Hazırda Türkiyədə anti-Azərbaycan şəbəkənin neytrallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin də aparılmış müzakirələrin nəticəsi olduğunu deməyə əsas verir.