Səfirlik müdaxilə etdi, İranda saxlanılan 500-dək azərbaycanlı buraxıldı –Açıqlama

0
6
Kərbaladan qayıdarkən İraq-İran sərhəddində saxlanılmış azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub.

Bu barədə zəvvvərlardan biri Həşimov Mirələm məlumat verib.

O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb.

Digərlərinin də tez bir zamanda buraxılması gözlənilir(APA).

Xatırladaq ki, Kərbəlaya ziyarət gedən 500-dək azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılmışdı.