Bu sözləri “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsinin meneceri Bahar Duzgun Bakı Ekspo Mərkəzində keçirilən RecExpo II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, layihə üzrə 234 təmirsiz villa, 66 hektar qolf sahəsi, 294 təmirli mənzil nəzərdə tutulub. Burada tikiləcək məktəb kompleksində uşaq bağçası, gimnastika və idman zalları, futbol meydançası istifadəyə veriləcək.
“Xəyal Adası”nda həmçinin paytaxtın ən böyük ticarət mərkəzi, mehmanxana inşa olunur, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır. Tikinti işlərində iki mindən artıq yerli işçi çalışır.
Bahar Duzgun vurğulayıb ki, müasir tələblərə cavab verən yaşayış binalarının 2017-ci ilin fevral ayında başa çatdırılması planlaşdırılır.