Rəis cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinə şərait yaradırmış?!

0
8

Mədət Quliyev Penitensiar Xidmətdə “təmizləmə”ləri davam etdirir…

Rəis cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinə şərait yaradırmış?!

“Millətim” olaraq Penitensiar Xidmətin kənd Əhmədli ərazisində yerləşən 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində baş verən ciddi qanun pozuntuları barədə dəfələrlə məlumat vermişik. Nəhayət, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi general Mədət Quliyev həmin cəzaçəkmə müəssisəsinə də “əl” gəzdirdi.
7 saylı cəzaçəkmə müəssisəsinin sabiq korrupsioner rəisi Tahir Rzayev öz komandasıyla birgə tutduqları vəzifədən azad edilib. Məlumat verən mənbə T.Rzayevin ciddi qanun pozuntuları etdiyinə görə təxminən 10 gün əvvəl vəzifəsindən azad edildiyini bildirib. Onunla birgə müavinləri Vüqar Bağırov, Amil Əhmədov və Eldəniz adlı əməliyyat şöbəsinin rəisi də vəzifələrindən azad ediliblər.
7 saylı cəzaçəkmə müəssisəsi əslində uzun müddət T.Rzayevin kommersiya maraqlarına xidmət edirmiş. Həmin müəssisəyə öz yaxınlarıyla görüşə gələnlər hər dəfə 20-100 manat civarında rüşvət ödəməliydi. Müəssisə daxilində məhkumların dərs keçməsi üçün Penitensiar Xidmət tərəfindən yaradılmış kompyüter otağı da T.Rzayev tərəfindən pullu xidmətə çevrilmişdi. Belə ki, məhkumlara dərs əvəzinə müxtəlif əyləncə oyunları oynanılmasına şərait yaradılaraq əvəzində hər saat üçün 2 manat pul alınırmış.
Penitensiar Xidmət tərəfindən məhkumlar üçün ayrılmış yüksək keyfiyyətli ərzaq məhsulları 7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi tərəfindən satılır, əvəzində isə məhkumları qoxumuş ərzaq məhsulları- istifadə müddəti keçmiş ət, yağ və s. kimi məhsullarla qidalandırırlar.
Sabiq rəis T.Rzayev müəssisəyə yeni gətirilmiş məhbusların karantindən cəzaçəkmə müəssisəsinə köçürülmələri üçün 200-500 manat alırmış. Müvafiq təlimata uyğun olaraq məhkumların öz yaxınlarıyla telefon əlaqəsi saxlamalarına normal şərait yaradılsa da, T.Rzayev telefon əlaqələrindən də kifayət qədər qazana bilib.
7 saylı cəzaçəkmə müəssisəsində məhkumların asudə vaxtlarını keçirməsi üçün ayrılmış bilyardlar da T.Rzayevin biznes maraqlarına xidmət göstərib.
Ən dəhşətlisi isə müəssisə rəisinin cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinə şərait yaratması olub.Aldığımız məlumata görə T.Rzayev hər ay həmin əməliyyatlardan 200 min manatdan artıq qazana bilirmiş. Həmin işdə onun əsas yardımçısı müəssisənin sabiq əməliyyat şöbəsinin rəisi Eldəniz adlı biri olub.
Məhkumların “Millətim”ə ötürdüyü məlumata inansaq, general Mədət Quliyevin 7 saylı cəzaçəkmə müəssisəsində apardığı “təmizləmə” əməliyyatı məhkumar tərəfindən toy-bayramla qarşılanıb.

Nizami

LEAVE A REPLY