Səhiyyə Nazirliyi daha bir dərman preparatının dövlət qeydiyyatını ləğv edib

0
6

Səhiyyə Nazirliyi daha bir dərman preparatının dövlət qeydiyyatını ləğv edib.

Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumata görə, Alcon Pharmaceuticals LTD şirkətindən Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq, DV №14-00820 qeydiyyat vəsiqəli “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda №1 dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib.

Ərizəçi şirkətin müraciətində göstərilib ki, “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb və topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağırılıb.  (Report)